Ötən həftə həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatına başlanılıb. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfər olub.
Həcc ziyarətinin qiyməti isə artırılıb. Belə ki, bu il Həcc ziyarətinin 5 950 ABŞ dollarına başa gələcəyi açıqlanıb.
Bəs ilk zəvvar qrupu nə vaxt yola düşəcək?
Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri Modern.az-a verilən məlumata görə, ilk zəvvar qrupunun yola düşməsi may ayının 24-25-də planlaşdırılır.
Bildirilib ki, zəvvar qrupları may ayının 31-ə qədər yola düşəcək.