“Heç zaman da tənbəllik etməmişəm” – Məhəmməd Salah

“Heç zaman da tənbəllik etməmişəm” – Məhəmməd Salah

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul”un futbolçusu Məhəmməd Salah komandasının azarkeşlərinə dəstəyə görə təşəkkür edib.

Tribunainfo.az xəbər verir ki, o bu barədə “TNT Sports”a müsahibəsində danışıb. 32 yaşlı futbolçu klub üçün hər şeyini verdiyini bildirib: “Azarkeşlər və bu şəhər üçün hər şeyimi vermişəm. Tərəfdarların bunu xatırlamasını istəyirəm. Daima oyundan həzz almışam, heç zaman da tənbəllik etməmişəm.

Düşünürəm ki, bütün məsələ budur, onlar sizə sevgi verir, siz də ona. Belə olanda azarkeşlərlə münasibət yaxşı olur. Sadəcə xatırlatmaq istəyirəm ki, mən bu kluba 8 ilimi vermişəm”.