Əksər qidaları həm alarkən, həm də istehlak edərkən son istifadə müddətinə fikir veririk. Bununla belə, bəzi qidaların son istifadə tarixi yoxdur və uyğun şərtlər təmin olunarsa, əbədi olaraq toxunulmaz qala bilər.
Tribunainfo.az mətbəxinizdəki ölməz məhsulları təqdim edir.
Qənd
Şəkər qaranlıq, quru, sərin yerdə saxlandıqda heç vaxt xarab olmur. Ancaq ən keyfiyyətli istifadə üçün onu iki il ərzində istehlak etməlisiniz.
Plastik qabda su
1 plastik şüşə su qapağı açılmasa çox uzun müddət təzə qalır. Plastikdə saxlanması onun dadına və içindəki minerallara mənfi təsir etmə potensialına malik olsa da, son nəticədə su açılmadıqda xarab olmadan uzun müddətə saxlanıla bilər.
Konservləşdirilmiş qidalar
Ət , lobya, noxud, şorba və ya tərəvəz, tuna balığı kimi az turşulu konservləşdirilmiş qidalar iki ildən beş ilədək saxlanıla bilər. Pomidor sousu və meyvə konservləri kimi yüksək turşulu konservlər 18 aya qədər saxlanılır.
Düyü və makaron
Süfrələrin vazkeçilməzləri olan makaron və düyü təravətini uzun illər saxlaya bilən, uyğun şərait təmin olunarsa xarab olmayan məhsullardır.
Quru lobya
Paxlalılar ailəsindən olan quru lobya da uzun illər xarab olmadan təzə qalma xüsusiyyətinə malikdir.
Bal
Əsl bal uzun müddət toxunulmaz qala bilər. Bununla belə, saxlama şəraiti çox vacibdir. Kristallaşmamalıdır və bu səbəbdən balınızı sərin və qaranlıq yerdə saxlamağınız məsləhətdir.
Qurudulmuş meyvələr
Qurudulmuş meyvələr təzə meyvələrdən daha uzun müddət toxunulmaz qala bilər. Xarab olmaq üzrə olan meyvələrinizi qurudub dərin dondurucunuzda saxlaya bilərsiniz.
Çia toxumu
Sağlam qidalanmanın bir parçası olan çia toxumları xarab olmadan aylarla qala bilir. Sizə lazım olan tək şey onu hava keçirməyən torbada və soyuducunuzda saxlamaqdır.
Çay paketləri
Çay paketlərinin sağlamlığa zərərli olub-olmaması mübahisəli məsələ olsa da, çay paketləri açılmasa 3 il qala bilir.
Soya sosu
Bəziləri üçün əvəzolunmaz olan soya sousu açılmadan 3 il, açıldıqdan sonra isə təxminən 2 il saxlanıla bilər.