“Real”ın futbolçusu Luka Modriç Fransanın “France Football” jurnalına açıqlama verib.
TİA.AZ komanda.az-a istinadən xəbər verir ki, xorvat futbolçu heç vaxt Lionel Messi ilə birlikdə oynamayacağını deyib:
“Messi tarixin ən yaxşı futbolçularındandır, ona qarşı dəfələrlə oynamışam. Ancaq heç vaxt onunla birgə oynamaram.
Kriştianu Ronaldu ilə Madriddə 6 il bir yerdə olduq. Çox yaxşı dostluğumuz var və bir-birimizə hörmət edirik. O, indi Madriddə deyil, ancaq onunla mesajlaşıram.
Balkan müharibəsindən qaçmağın tək yolu futbol idi. Dostlarımla bir top tapıb, saatlarla oynayardıq. Düşünürəm ki, anadan olduğum ilk gündən peşəkar futbolçu olmaq istəmişəm. Futbol mənim ilk sevgimdir”.