Heç vaxt gedib görə bilməyəcəyiniz dünyanın ən gizli 10 məkanı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heç vaxt gedib görə bilməyəcəyiniz dünyanın ən gizli 10 məkanı  Heç vaxt gedib görə bilməyəcəyiniz dünyanın ən gizli 10 məkanı

Dünyanın ən maraqlı video xəbərləri ilə TİA.AZ olaraq, yeni bir rubrikaya start veririk. Youtube-də “Arzu Sayyad Videoları” kanalı ilə birgə hazırladığımız video materiallar əminik ki, sizin marağınıza və diqqətinizə səbəb olacaq. Beləliklə, girişi hökumətlər tərəfindən qadağan olunan və bütün dünyadan gizli saxlanılan dünyanın 10 ən gizli məkanını sizə təqdim edirik. Sadaladığımız yerləri pulunuz olsa belə gedib görə bilməzsiniz!

FORT NOKS10 – Fort NoksAmerika Birləşmiş Ştatlarının qızıl xəzinəsi. Fort Noks. Bu ad məşhur mədəniyyətdə təhlükəsiz ərazinin digər bir adıdır. “Amerika İstiqlal Bəyannaməsi” kimi çox vacib mənbələrin olduğu bu yerin giriş qapısı 22 tondur. Qapısının kodları sutka ərzində dəfələrlə dəyişdirilir. FOTO Divarları və qapısı nüvə bombasının partlayışlarına belə tab gətirəcək səviyyədədir. Dünyadakı ən təhlükəsiz tikili olaraq tanınan Kentukki ştatındakı Fort Noksa-Amerikanın Qızıl Xəzinəsinə daxil olmaq istəyirsinizsə, özünüzlə ordu gətirmək istəsəniz belə əbəsdir. Nəzərə almalısınız ki, qarşınızda 30 min nəfərlik ordu sizi gözləyir. FOTO Ərazi həm də bir hərbi baza halına gətirilib. ABŞ-dakı bu qızıl xəzinəsi bir çox oğruların iştahalarını qabartsa da, ürəklərini ağzından gətirə biləcək səviyyədə qoruma xidməti onların bu arzularını elə ürəklərində qoyur.

FOTO – ADX9 – ADX Həbsxanası 

Ey Di Eks Həbsxanası. Digər adı Administrativ Pentensiar Xidmətidir. Amerikanın Kolorado əyalətində yerləşir. Bu, o qazamatdır ki, orada 1996-cı ildə bir qatarı qısqalayaraq 168 insanı partlayışla öldürən, 11 sentyabr hücumlarını planlayan Zakaryos Mosaiye, Boston partlayışını gerçəkləşdirən Zokar Sarnaev, psixopat dövri cinayətkarlar, ən böyük mafiya liderləri, cəlladlar və ya İŞİD, Əl-Qaidə kimi terror təşkilatlarının ən usta üzvləri, dünyanın ən qatı cinayətkarları və killerləri, ən şeytani insanları saxlanılır. 

 Planetimizdə ən yüksək səviyyədə mühafizə olunan bu dustaqxana 3 metr yarımlıq hündür müşahidə qüllələri, elektrik məftil hasarlar, hərəkət müəyyənedici detektorlar, təzyiqi qəbul edə biləcək döşəmə və hər künc-bucağı, hər nöqtəyi izləyən özəl kamera sistemləri və hər məhkuma 10-dan çox qoruyucunun düşdüyü qorxulu bir zindandır. ADX həbsxanası əfsanəvi divlərə belə qalib gələrək olmazları bacaran öz Məlikməmmədini tapmayıb hələ. Qazamat 1000 nəfərlik bələdçisi ilə qaçılması imkansız olacaq şəkildə dizayn edilib.

Ən istisna xırda bir hərəkətlənmə dünyanın ən inkişaf etmiş həyacan siqnalzasiya sistemini işə salır. Burada dustaqlar çölə çıxarılır və öz hücrələrində saxlanaraq məhkumluq müddətlərində Günəş üzünə belə həsrət buraxılırlar. Günümüzədək bu məhbəsdən qaçmağı bacara bilən bir nəfər belə olmayıb.    

 FOTO – ADXFOTO – BOHEMİAN  8- Bohemian klubu

Bohemian klubu. Bu klub illumineytdə olduğu kimi gizli məqsədlər və yöntəmlər üçün 1880-ci illərdə qurulmuş  qapalı bir cəmiyyətdir. Üzvləri, mərasimləri və nə etdikləri naməlum saxlanılır.FOTO Ərazisinə girişin qadağan olunduğu bu məkan San-Fransiskonun şimalında Santa Rosso yaxınlarında Red Vud meşələri içərisində düşərgə kimi bir yerdir.FOTO Bohemians klub düşərgəsinin digər düşərgələrdən fərqi orada hər il ABŞ-ın ən öndə gələn plutokrasiyasının (zənginlər) 2 həftəlik ayinlərin müşayiəti ilə toplanması və stress atmasıdır. 2500 nəfərlik kontingenti ilə buraya hər il əski Birl. Ştatlar prezidentləri, nazirlər, generallar, tanınmış iş adamları, elit intellektuallar və masonlar toplaşırlar.

FOTO  

Qadınların qatılmasına qırmızı, kişilərin girişinə isə yaşıl işığın yandırıldığı bu klubda ən ünlülər axşamlar toplaşaraq sarı işıqların müşayiəti ilə böyük bir bayquş  altında əski Paqan, Mesopotomiya, Babil və s. ayinləri canlandıraraq coşarlar. Maraqlı burasıdır ki, gizlilikdən çox əyləncə məkanını xatırladan və stress atmaq üçün təşrif buyurulan Bohemian klubunda yüz illərlə Amerika və Avropaya aid bir neçə gizli toplantılar təşkil edildi. 

Zərif cinsin iştirakına icazə verilmədiyi bu düşərgədə diqqətçəkəndir ki, homoseksualların seks gecələrinin  təşkil edildiyi söyləntiləri də yayılanlar arasındadır. Bu siyasət və əyləncə klubunda olmaq istəyirsinizsə, 7 milyardlıq əhalisi olan Yer planetinin ən önəmli 2500 fiqurundan biri olmalısınız. 

 BOHEMİANFOTO – VATİKAN7 – Vatikanın Gizli Arxivləri 

Xristianlıq tarixinin ən əhatəli mənbələri Vatikanın Gizli Arxivlərində yer almaqdadır. 40 hektarlıq ərazisi ilə dünyanın ək kiçik və ən cırtdan dövləti olan Vatikanın bu hissəsində dünyanın ən çox itaətkarı olan dininin lideri, Roma Papası əyləşir. Paradoksaaldır ki, planetin ən cırtdanı olan bu dövlətin ərazisində adında olduğu kimi dünyanın ən nəhəng sirləri və gizlinləri qorunmaqdadır.  Papanın iqamətgahı olan bu Vatikan ərazisində 1200-dən çox yaşı olan bir çox  dövlət sənədləri, 1 milyondan çox kitabın yer aldığı 35 minlik kataloq, dünyanı idarə etmə planları, yazışmalar var.Uzunluğu Tovuzdan Gəncəyədək olan məsafə qədər, 84 kilometrdir. Vatikanın Gizli Arxivlərində İsa peyğəmbərlə əlaqədar dövrümüzdəki İncilə zidd olan gizli bilgilərin belə  olduğu iddialar arasındadır. Məlumatlara görə, hətta İsanın əlyazması olan mətnləri və onun günümüzədək qorunan əl ağacı belə buradadır. Bir sıra tarixi hökmdarların imzası olan sənədlərin, gizli siyasi məktublaşmalarının və hücum planlarının olduğu deyilən bu məkan arxivdən tikilisindən çox, Planetin “Sirr Qutusu” dəyərindədir. Azərbaycanda “Tarixi Nadir”i yarımçıq oxuyub misal çəkənlər üçün Arxivi Vatikanı, buradakı dünyanın ən qiymətli əsərlərini tövsiyyə etməkdə fayda var. Nizami demişkən, “yarımçıq papaqçılıq”dansa, bütöv PAPAçılığı oxuyub bələd olmaq gərəkir. Bir çox sənət əsərlərinin originallarının bu məkanda olduğu deyilir. Dünyada bu arxivlərə asanlıqla girə biləcək tək insan Papadır.  Vatikan Gizli  Arxivləri haqqında bir sıra  nəzəriyyələr irəli sürülsə də, onların çoxusunun sübutları yoxdur. 

 FEDERAL BANK6- Nyu-York Federal Ehtiyat Bankı

Bütün dünyadakı qızıl ehtiyatının dörddə birinin olduğu bu bank Nyu-Yorkda yerləşir.FOTOİçərisindəki qızılların dəyəri 203 mlrd dollar olan bu nəhəng tikili küçənin 24 metr altında inşa edilib. 90 tonluq silindir qapı, ağıllı kameralar, hərəkət sensorları və yalnız bir neçə yetkiliyə verilmiş səs tonu tanıma sistemi ilə qorunur. İşçilərinə belə müəyyən bir nöqtəyədək getməyə icazə verilir.FOTOFOTOPlanet padşahlarının əsrlərdir apardığı müharibələrdən qazandıqları qızılların bu xəzinədə olduğu bildirilir.Hətta İraq və Liviya müharibələrindən sonra məğlub edilən Səddam Hüseynin və Müəmmar Qəddafinin də toplam 1000 tona yaxın qızıllarının buraya daşındığı verilən məlumatlar arasındadır. Haradasa, xəzinə qızıllarının 3-də birinindən çoxu. Birləşmiş Ştatların dar gününə saxlanan bu qızılların xəzinə təhvil-təslimini robotlar aparır. 

 FEDERAL BANKFOTO – KOREYA NEYTRAL BOLGESİ (DMZ)5 – Koreya Neytral BölgəsiGetmək imkanınız olsa belə, buraya getmək istəməzdiniz. Koreya Neytral Bölgəsi. Bu ərazi Yer kürəsinin ən sıx ordu yığılmış hissəsidir.

 Koreya tərəfsiz bölgəsi hazırda müharibə vəziyyətində olan Şimali və Cənubi Koreya arasındakı 250 km uzunluğunda və 4 km genişliyindəki bufer hissədir. Kilometrlərlə uzanan elektrik məftil hasarlar kommunistləri şimaldan, respublikaçıları isə cənubdan ikiyə ayırır.FOTO Tərəfsiz bölgəyə və tərəfli hərbi bloklara ayrılan, eyni millət, iki dövlət olan bu ölkələrin sərhəd hüdudları boyunca əsgəri müşahidə qüllələri, tank və uçuş dəfedicilər, barikadalar, təhlükəsizlik kameraları və fövqəladə halda müdaxilə üçün hazır vəziyyətdə hadisə yerinə qısa müddətdə daxil ola biləcək silahlı heyətlər hər yerdədir.

Koreya Neytral Bölgəsində hər iki tərəfdən də müharibəyə hazır 100 minlərlə əsgər zolaq boyunca dövri hərəkətdədir. “Buranı bir görüm” deyə hərbçi gözlərindən yayınsanız, elektrik məftil hasarları, minaları, hətta avtomatik atəş açan silahları adlasanız belə vəhşi heyvanlara yem ola bilərsiniz.FOTOÖlümün qaşla göz arasında olduğu bu cəhənnəm məkanı insan övladının məskunlaşması üçün uyğun olmadığına görə vəhşi Sibir pələngi kimi heyvanlar burada saylarını inanılmaz dərəcədə artıraraq hər yerə yayılıb. Deyvid Koperfildin belə gözbağlayıcı foksyorluğu sağ qalmaq üçün bu məkanda heç bir işə yaramır.FOTOPlanetin “Ölüm məkanı”deyə  biləcəyimiz bu ərazidə 1953 və 1999-cu illər ərzində 500 Şimali Koreyalı, 50 ABŞ əsgəri və 250 Cənubi Koreyalı bufer bölgədə qalaraq can verib.FOTOHaşiyə çıxamaqda fayda var ki, Koreya həm də Azərbaycan kimi dünyada parçalanmış halda olan və birləşə bilməyən iki ölkədən biridir. Fərq isə onların iki, azərbaycanlıların isə bir dövlətinin olmasındadır.
 HAVA DAĞI (Weather Mountain )4 – Weather Dağı (Hava dağı)Dünyada hər hasnısa bir fəlakət olduğu təqdirdə sığınılacaq ən son məskunlaşma yeri buradır – Virciniyadakı Vezə dağı. Planetin dağılmasını, digər fövqəladə halları və nüvə təhlükəsizliyini nəzərə alaraq Adəm övladının bu fəlakətlərdən qurtulmaq üçün yer altında yaratdığı və Nuhun gəmisi funksiyasını daşıya biləcək “Xilas olma, sağ qalma məkanı”.FOTO – HAVA DAĞISoyuq müharibə dövründə 1958-ci ildə Sovet Rusiyasının “Sputnik” peykini kosmosa buraxmasından  sonra müdafiə məqsədi ilə qurulub. Yalnız yüksək səviyyəli dövlər rəsmilərinin və elit təbəqənin istifadə edə bildiyi bu kompleksin həm yer altındakı, həm də yer üstündəki ərazisində planetdə həyatı bitirəcək bir hadisəyə qarşı təhlükəsizlik yüksək səviyyədə təmin edilməkdədir. Hərbi baza, lobaratoriyalar, idman yerləri, 1000 tondan artıq içməli su  anbarı, fərdi yaşayış yerləri, xəstəxanalar, metro sistemi, qısacası, bir yeraltı şəhər mövcuddur.

Bir neçə dəqiqəlik uçuşla Vaşinqtondan Vezə dağına çatmaq mümkündür. 11 sentyabr hücumlarından sonra vitse-prezident Dik Çeyni buraya uçmuşdur. Ən üst səviyyədə mühafizə xidmətinin olduğu bu məkana bir kimsə belə yaxınlaşa bilməz.

 RAF MENWITH3 – Raf Menwith Zirvəsi

İngiltərənin Şimal Şərqində yerləşən Raf Menwith Zirvəsi.

İngilis ordusuna aid olan bu baza dünyanın ən böyük peyk izləmə və kəşfiyyat stansiyasıdır. Bu elektronik müşahidə məkanı olan Raf Menvis zirvəsində ABŞ-a aid bir neçə peyk də yer alır.
Soyuq müharibə dönəmində Sovet İmperiyası və digər Şərq bloku ölkələrini ən üst nöqtədən izləmək və dinləmək üçün qurulub. Uzaqdan izləmə funksiyası baxımından durbinə bənzəyən bu stansiya dünya ölkələrinin siqnallarına, peyklərinə qoşularaq siyasi və diplomatik sferada casusluq etmək, düşmənin zərbələrini müəyyənləşdirərək müdaxilə etmək və terrorçuları izləmək üçün istifadə edilir.
 Dünyanın qapalı sirlərini və gizlinlərini müşahidə edən bu məkan bizi izləyən 3-cü gözdür desək, yanılmarıq.    
 DAQVEY PROVINQ QRAUND  2 – a – Dugway Proving GroundDugway Proving Ground. Hərfi tərcümə etsək, Duqvey İsbatlama Ərazisi.FOTO Bu sırada bir-birini tamamladığı üçün iki fərqli məkandan  bəhs ediləcək. Solt Leyk Siti şəhərindəki bu baza Yaponiya hücumundan 2 ay sonra ABŞ prezidenti Franklin Ruzveltin göstərişi ilə qurulub. Bir şəhər böyüklüyündə olan Duqvey Proving Qraund bioloji, kimyəvi və lazer silahlar, yarasa bombaları üçün sınaq ərazisi olaraq BŞ ordusunun sirlərinin saxlanılması üçün istifadə edilib.

Yaxınlardan keçən insanlar tərəfindən bölgədə qəribə ağacların görünməsi ilə adı yeni, 51-ci bölgə olaraq tanınmağa başlayıb. Bütün sübutların ən maraqlısı 2-ci dünya müharibəsi ərzində bölgəyə yerləşdirilmiş model binalar və əşyalardır. ABŞ ordusu öz bombalarının və silahlarının təsirini sınamaq üçün alman və yapon kəndlərini burada modellərlə yenidən yaradaraq düşmənini yerlə bir edəcək amansız silahlarını test edib.FOTO -Cheyenne Mountain Complex2- b – Cheyenne Mountain Complex (Çeyene Dağ Kompleksi)Cheyenne Mountain Complex. Şimali Amerika və Şimali Amerika Hava Müdafiə Komandanlığı. Milli Təhlükəsizlik Agentliyi kimi istifadə edilən bu obyekt adıçəkilən qurumların komandanlarının qərərgahıdır.FOTOFOTOBu sığınacaq satış bazarlarındakı texnoloji təchizatlardan daha artığına sahibdir. Koloradodakı Qranit dağının 600 metr dərinliyində yerləşir. Və 1967-ci ildə inkişaf etdirilməyə başlamış bu hərbi tikili bir zamanlar Amerika mərkəzi əməliyyatlarının əsas bazası idi. London və Nyu-York kimi metropolları anında məhv edə biləcək 30 meqqaton nüvə bombalarına, zəlzələlərə və istehsal edilmiş digər ən güclü siahlara qarşı müqavimət göstərə biləcə formada inşa edilmiş bu yeraltı tikiliyə gedən ana tuneldə çoxlu sayda taybatay 25 tonluq qapılar yer almaqdadır. Hər qapının arası nüvə, bioloji və kimyəvi zərbələri süzgəcləyə biləcək mühafizə təzyiqli bölmələrlə dizayn edilib.

Girişinə dünyada yalnız iki insanın icazəsi olduğu bu kompleks əsgərlərlə doldurulmuş bir inşa obyektidir.  Çeyenne Mauntin Kompleksinə daxil olma icazəsi olan iki şəxs – ABŞ-ın prezidenti və ən yüksək rütbəli hərbiçisidir. Tikilinin ətraf mühitlə əlaqəsinin kəsiləcəyi təqdirdə su, qida, yanacaq, enerji mənbələri ilə anbarlanaraq insansız şəkildə işləyə biləcək ağıllı sistemlərlə təchiz edilib.

Heyenne Mountain ComplexFOTO  – POVEQLIYA1 – Poveglia Adası
Əgər bir vaxtlar Rusiyada Sibir deyə dünyanın ən məşəqqətli yeri,qorxu aləmi misal edilirdisə, indi deyəcəyimiz bu ada yüz illərdir ucqarlığı, iztirabları və dəhşət saçan nüansları ilə Sibiri belə geridə qoyub. Adının mənası “İltihablanmış Ləkə” olan Venesiya və Lüdo arasındakı 160 min insanın dəhşətli formada can verdiyi Poveqliya adası. Bu ölüm adasına  giriş icazəsi verilmədiyindən  kiçicik quru parçası sükuta qərq olan və insan oğlunun yaşamadığı azsaylı yerlərdən biridir.

Müalicəsi olmayan, 1576-cı ildə İtaliyada yayılan və hər 3 avropalıdan  birinin ölümünə səbəb olan on minlərlə vəba xəstələri orta əsrlər dövründə gəmilərlə daşınaraq burada tərk edilmişdir. Minlərlə cəsədin yandırıldığı bu sürgün və sığınacaq adasının torpağının 50 %-nin insan külü olduğu təxmin edilir. 1922-ci ildə bu quru parçasında ruhi və əqli xəstələr üçün xəstəxana inşa edilir və dəli damğası vurulan, psixoloji problemləri olan bütün insanlar buraya göndərilirdi. 1968-ci ilə qədər həmin xəstəxanada fəaliyyət göstərən bir həkimlə bağlı deyilən hekayə isə adayla bağlı dəhşətli məlumatları gözlər önünə sərir. Təbib açıq beyin əməliyyatı ilə dəlilikləri araşdırmağa cəhd edir. Bir sıra sınaqlar həyata keçirərək işgəncələrlə onlarla insanı öldürür. Bundan sonra isə doktor bir gün vəba xəstələrinin və dəlilərin ruhlarını görərək özünü qaladan yerə ataraq intihar edir. Əqli çatışmazlıqları olanları müalicə etmək üçün Poveqliyaya belə bir həkimin göndərilməsi ada sakinlərinin başqa bir bədbəxtliyidir desək, yanılmarıq. Torpağının altı insan sümükləri, üstü isə insan ruhları ilə dolu olan bu ada Adəm övladının özünün olmadığı və “Bermud üçbucağı” kimi qorxduğu naməlum məkanlardan biridir.

Vensiya balıqçılarının bir çoxu cürət etməyərək ada çevrəsində balıq tuta bilmir. Çox zaman torlarına insan sümükləri düşür  və cəsədlər bu kiçik quru parçasının hər yerini mühasirəyə almış vəziyyətdədir. Burada ölü insanların ruhlarının hərəkət etməsi adanın son sakinlərinin buranı tərk etmə səbəbidir. Əski Poveqliya sakinləri həmin ruhların onlara davamlı olaraq “Gedin və əsla geri dönməyin” deyən səslər olduğunu ifadə ediblər.