backend

“Heç kimə “uçeniya” keçmə!” – Spikerlə deputat yenə “toqquşdu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Zahid Orucla spiker Oqtay Əsədov növbəti dəfə “qarşı-qarşıya” gəlib. 

Millət vəkili Zahid Orucla spiker Oqtay Əsədov növbəti dəfə “qarşı-qarşıya” gəlib.

TİA.AZ  “Qafqazinfo”-ya istinadən bidlrir ki, parlamentin növbəti plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili reqlamentlə çıxış üçün nəzərdə tutulan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etirazını bildirib.

“Bu 5 dəqiqə ömrümüzdən nə alacaq ki?! Yaxşı olardı ki, 10 dəqiqə çıxış etmək istəyənin vaxtı kəsilməsin”- deyə, o, irad bildirib.

Bu isə spikerin təpkisinə səbəb olub.

Əsədov “Ay Zahid, heç kimə “uçeniya” keçmə! 10 dəqiqəlik çıxış etmək istəyirsənsə, et… Heç kim sənə mane olmur” – deyə, bildirib.