Heç kim bu ədviyyatı ciddiyə almır! – Ağciyərlərin nəfəs qaynağıbackend

Heç kim bu ədviyyatı ciddiyə almır! – Ağciyərlərin nəfəs qaynağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Südli şirniyyat və tortların hazırlanmasında tez-tez istifadə edilən vanilin ədviyyat növlərindən biridir. Şirin  dadı olan vanilinin ağciyərlər üçün faydalı olduğunu çox adam bilmir.

TurpKimi.com ağciyərləri açan vanilin ədviyyatı haqqında maraqlı məlumatları oxucuları üçün araşdırıb.

Vanilin orxideya şəklində çiçəyinin qurudulmuş və toz halına gətirilmiş formasıdır. Tərkibində  təbii şəkər var. Ağciyərlərdəki yuvaları və  qapaqları infeksiyadan təmizləyir.

Vanilin ağacı  tropik ölkələrdə bitir. Ana vətəni Cənubi və Orta Amerikadır.  Vanilin ağacı əkildikdən 3 il sonar bar verməyə başlayır. Keçmişdə pis qoxuların qarşısını almaq üçün istifadə edilirdi. Meksikalılar sonradan bu bitkidən yemək və içkilərə əlavə etməyə başlayıblar.  Dünyada vanilinin 150-dən çox növü vardır.

Vanilin vanilin ağacının çiçəklərinin fermentasiyaya məruz qalması ilə əldə edilir. Buna görə də faydalı bakteriyalarla zəngindir.  Dadlandırıcı kimi istifadə edilən vanilin bədəndəki zərərli və deformasiyaya məruz qalmış  hüceyrələri sürətlə yeniləyir.

Mədədə turşuluğu azaldan  vanilin xüsusilə həzm problemlərinin qarşısını alır.  Orqanizmdə sinir hüceyrələrinin yenilənməsinə kömək edir.

Vanilin xüsusilə ağciyərlərin nəfəs qaynağı sayılır.  Ağciyərlərdəki qapaqcıqları yeniləyir. Virusa yoluxmasına maneə olaraq mukoz tarazlığını təmin edir.

Sinir sistemini sakitləşdirərək ruhi xəstəliklərin yaranmasına mane olur.

Güclü antibakterial təsirilə astma və bronxitdən əziyyət çəkənlərə tövsiyə edilir.

Arıqlamaq istəyənlər üçün də təsirli qidadır. İnsanı uzun müddət tox tutur.

Vanilin  Ağacının Faydaları Nələrdir?

– Həzmi asanlaşdırır.

– Mədə xəstəliklərinin sağalma prosesini sürətləndirir.

– Adətsökdürücü xüsusiyyəti ilə aybaşı pozğunluğuna yaxşı təsir edir.

– Astma, öskürək, soyuqdəyməyə qarşı yaxşı təsir edir.

– Həzmi asanlaşdırır.

– Qızdırmasalıcı  təsiri vardır.

– Afrodizyak təsiri var.

– Orqanizmin müqavimətini artırır və enerji verir.

Vanilinin xoş ətrindən sənayedə və kosmetologiyada geniş istifadə edilir. Otaq təravətləndiricilər, şampun, balzam, krem, losyon, ətir və s. tərkibində xoş ətri ilə seçilir.

Heç bir zərəri olmayan vanilin ədviyyatının normal ölçüdə  istehlak edilməsi tövsiyə edilir.