“Ermənistanın Baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi – birincisi, bu, beynəlxalq hüququn tam pozulması, ikincisi isə bu, belə bir ölkə üçün çox böyük iddia idi”.
Tribunainfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı səsləndirib.
“Onlar hesab edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər”, – deyən dövlət başçısı əlavə edib ki, onlar bundan 2020-ci ilin sentyabr-noyabrında dərs götürdülər.