Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanla görüşüb
“Timetürk”ün verdiyi xəbərə görə, prezident İlham Əliyevgörüşdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu deyib.
Başqa heç bir iki ölkənin bir-birinə bu qədər yaxın olmadığını vurğulayan dövlət başçısı bu əlaqələrin tarixi kökə söykəndiyini dilə gətirib.
Türkiyə və Azərbaycanın bu gün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq etdiyini söyləyən prezident bundan sonrakı mərhələdə də əlaqələrin daha sıx olacağını bəyan edib.
Daha sonra görüş qapalı keçirilib.(APA)