Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib.
İfaçı həbsxanadakı evliliyindən söz salıb:

“Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsmi nikahla ailə həyatı qurmuşam. Harada? Bu, artıq ikinci sualdır. Heç kimin bacarmadığı addımları atmışam. Peşman da deyiləm. Evliliyim aşağı-yuxarı bir il üç ay sürdü. İndiki düşüncədə olsaydım, yenə də eynisini edərdim”.