Bir müddət əvvəl həbsdən çıxan 19 yaşlı gənc özü ilə eyni adda olan babasını və nənəsini bıçaqlayaraq qətlə yetirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Mersin bölgəsində baş verib.
Əldə edilən məlumata görə, baba Hüseyn (74 yaş) və nənə Gülüzər A. (67 yaş) yaşadıqları evdə nəvələri Hüseyn A. (19 yaş) ilə naməlum səbəbdən mübahisə ediblər. Mübahisə zamanı Hüseyn A. bıçaq götürərək həm nənəsinin, həm də babasının boğazını kəsib.
Qonşular səs-küyü eşidib xəbər verdikdən sonra hadisə yerinə polis və təcili yardım qrupları sövq edilib. Bu vaxt şübhəli hadisə yerindən qaçsa da, qısa müddətdə polis tərəfindən tutularaq saxlanılıb.
Təcili Yardım qrupları tərəfindən edilən araşdırmada yaşlı cütlüyün həyatını itirdiyi məlum olub.
Meyitlər tibbi ekspertizaya göndərilib.
Hadisə ilə bağlı istintaq davam edərkən, şübhəli Hüseyn A.-nın narkotik aludəçisi olduğu və 3 gün əvvəl həbsxanadan çıxdığı bildirilib.