backend

Həbsdən çıxanlara yardım edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin birinci rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1143 nəfər şəxsə birdəfəlik müavinət ödənilib. 

Cari ilin birinci rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1143 nəfər şəxsə birdəfəlik müavinət ödənilib.

Bu haqda TİA.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Müvafiq qanunvericiliyə uyğun olaraq həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət ödənilib. Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı ilə ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2017-ci il yanvarın 1-dən 116 manata çatdırılması ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də cari ilin əvvəlindən 10,47 faiz artırılaraq 464 manata çatdırılıb”, – məlumatda bildirilib.