Həbsdəki sevgilisinə öpüşü ilə narkotik ötürdü – ŞOK TƏFƏRRÜAT

Həbsdəki sevgilisinə öpüşü ilə narkotik ötürdü – ŞOK TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novosibirskdə qadın məhkəmə binasında sevgilisinə öpüş vasitəsilə narkotik ötürməyə cəhd etdiyi üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.
Tribunainfo.az qazeta.ru-ya istinadən xəbər verir ki, o, narkotik vasitələrin qanunsuz satışı cəhdinə görə təqsirli bilinib.

Məhkəmə müəyyənləşdirib ki, həbs olunan qadın 2024-cü ilin sentyabrında qanunsuz yolla əldə etdiyi narkotikləri Kirov rayon məhkəməsinin binasına gətirib, onları ağzına qoyaraq məhkəmədə işinə baxılacaq sevgilisinin gətirilməsini gözləyib.

Məhkəməyə konvoy müşayiəti ilə gətirilən həmin şəxsi görən qadın ona yaxınlaşaraq dodaqlarından öpüb və bu yolla narkotiki ötürməyə cəhd edib. Lakin bunu görən məhkəmə mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər. Narkotik vasitələr müsadirə olunub.