backend

Həbsdəki aparat rəhbərinin oğlu harada işləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun oğlu hal-hazırda 

İqtisad Universitetində mühüm vəzifə tutur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun oğlu hal-hazırda 

İqtisad Universitetində mühüm vəzifə tutur.

Bu barədə universitetin rəsmi saytında məlumat verilib.

Belə ki, universitetin saytında (http://unec.edu.az/idareetme11/hemkarlar-ittifaqi/) Vidadi Zeynalovun oğlu Pərviz 

Zeynalovun Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri olduğu bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl universitetin rektoru Ədalət Muradovun Pərviz Zeynalovu vəzifəsindən kənarlaşdırdığı haqda 

mətbuatda xəbər yayılmışdı. Ancaq həmin vaxt bu xəbərə rəsmi aydınlıq gətirilməmişdi. Universitetin rəsmi internet 

saytından isə görünən budur ki, kənarlaşdırma xəbəri yalan olub…

Onu da bildirək ki, oğlu Pərviz Zeynalov kimi, Vidadi Zeynalovun özü də həmin universitetin “Maliyyə və maliyyə institutları” 

kafedrasının yarım ştatlı müəllimidir. O, hələ də müəllim vəzifəsində saxlanılıb.

Qeyd edək ki, Pərviz Zeynalov 2004-cü ilin oktyabr ayından 2005-ci ilin avqust ayınadək “Kapital Bank” ASC-nın (keçmiş BUS Bank) “Rabitə” filialında, 2008-ci ilin noyabr ayında Mərkəzi Bankda işləyib. 2014-cü il, yanvarın 24-dən Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

   //MİA.az