Son illərin qalmaqalı iş adamı kimi tanınan Müqayis Verdiyev Sumqayıt şəhərində təmir-tikinti işlərinə ortaq edilməsi barədə iddialar mətbuatda müzakirə mövzusu olaraq qalır.
Son illərin qalmaqalı iş adamı kimi tanınan Müqayis Verdiyev Sumqayıt şəhərində təmir-tikinti işlərinə ortaq edilməsi barədə iddialar mətbuatda müzakirə mövzusu olaraq qalır.
Xatırladaq ki, Sumqayıt şəhəri ərazisində inşa edilən Bulvar məhz iş adamının işçi qüvvəsi tərəfindən həyata keçirilib. Hazırda həbsdə olan Müqayis Verdiyev Sumqayıt şəhəri İcra Hakimiyyətini başçısı Zakir Fərəcova müraciət göndərib xahiş edir ki, Sumqayıtda təmir- abadlıq işlərinin görülməsi üçün sərf etdiyi vəsaitin dəyəri və mal-material pulları qarşılansın. Çünki bütün pulunu Sumqayita xərcləyən M.Verdiyev indi nəvəsinin müalicəsinə pul tapa bilmir. İş adamının ailəsi prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya və Sumqayıt şəhəri İcra Hakimiyyətini başçısı Zakir Fərəcova da müraciət göndərib. TİA.AZ müraciəti oxuculara olduğu kimi təqdim edir:
“Möhtərəm Cənab Prezident, yazıb Sizə bildirmək istəyirəm ki, 04.04.2013-cü ildə həkimlərin məsuliyyətsizliyi nəticəsində övladım qüsurla dünyaya gəlib. O, güclü asfeksiya keçirdiyi üçün doğumdan sonra 10 gün küvəzdə saxlanılmışdır. 25.06.2013-cü ildə 2,5 aylıq olduğu zaman İstanbul şəhəri Burak Tatli Akademiyasında Uşaq Nevrologiya mütəxəssisi pediatr professor Burak Tatlı tərəfindən mikroensefali diaqnozu qoyulub. Bundan sonra 25.10.2013-cü ildə professor pediatr Dr. Serap Uysal da mikroensefali diaqnozu təsdiqləmişdir. Uşağın müalicəsi ilə əlaqədar həkim tərəfindən aşağıda qeyd edilən dərmanlar yazılmışdır: Kepra 100 ml (levetiracetam), Rivotril 2,5 mg/1ml damla, (Clonazepam) (Dərman yalnız Türkiyədə satışdadır və hədsiz dərəcədə bahadır), Fenobarbital tab – dermanları təyin olunub. Uşaq hazırda hər ay mütəmadi olaraq muayinədən keçirilir və müalicəsi üçün 432 azn pul xərclənir. Lakin dövlət tərəfindən ayda cəmi 64 aznt vəsait verilir. 13.12.2014-20.12.2014-cü ildə Uşaq Nevroloji Xəxtəxanasında uşaq müayinədən keçmiş və komissiya tərəfindən xəstəliyinə dair epikriz verilmişdir. Övladımın xəstəliyi ilə bağlı apardığım araşdırmalardan sonra hazırda Almaniyada bu xəstəliyin müalicəsinin həyata keçirildiyinin mümkün olduğunu öyrənmişəm. Belə ki, orada işləyən həkimlərin rəylərinə görə qızımda müalicə aparılsa qismən də olsa onun sağlam həyata qayıdacağı bildirilir. Hazırda övladım normal həyatdan tam təcrid olunmuş halda yataq şəraitindədir və köməklik olunmadan su belə içə bilməyəcək vəziyyətdə yaşayır. Onun dövlət tərəfindən müalicə və bərpa mərkəzinə belə qeydiyyata salınmasına köməklik göstərilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Sizdən övladımın kimsəyə ehtiyac duymayacaq şəkildə normal həyata qayıdıb yaşaya bilməsı üçün müalicəsinə pul ayrılmasına və aylıq dərman xərclərini təmin edilməsi üçün köməklik etmənizi xahiş edirəm”.