Həbsdə olan azərbaycanlı bankirin oğurladığı pullar Böyük Britaniyanın büdcəsinə getdibackend

Həbsdə olan azərbaycanlı bankirin oğurladığı pullar Böyük Britaniyanın büdcəsinə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hakimiyyəti Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya məxsus Naytsbricdəki malikanəni və Askotdakı qolf klubunu müsadirə edib.

Bu barədə “The Guardian” yazıb.

Qeyd olunub ki, yuxarıda qeyd olunan aktivlər Böyük Britaniyanın xeyrinə daha əvvəl əldə edilmiş razılaşma çərçivəsində müsadirə edilib və 18.5 milyon funt sterlinq (təxminən 40 milyon manat) qiymətləndirilib.

“Dəbdəbəli mülklər Hacıyev tərəfindən Azərbaycanda dövlət bankının talanması ilə bağlı külli miqdarda dələduzluq və oğurluq, hesabatların saxtalaşdırılması və çirkli pulların yuyulması nəticəsində birbaşa əldə edilib”, – deyə Cinayətkarla Mübarizə üzrə Milli Agentliyin (NCA) məsələ ilə bağlı açıqlamasında bildirilir.