backend

Həbs təhlükəsilə üz-üzə olan jurnalist: “Ölkə başçısının ədalətinə inanıram…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atamın əsassız həbsindən sonra, özümün də həbs edilə biləcəyinə qəti şübhəm yoxdur”.  “Atamın əsassız həbsindən sonra, özümün də həbs edilə biləcəyinə qəti şübhəm yoxdur”. 

Bu sözləri Azinforum.az-a martın 6-da Ağcabədi rayon Məhkəməsinin hökmü ilə atası 3 il müddətinə azadlıqdan mərhum edilən, Sonolay.org saytının baş redaktoru Ramil Məhəmmədoğlu deyib.
Jurnalistin sözlərinə görə, atası ilə ona eyni vaxtda cinayət işi açılıb:

“Hesab edirəm ki, bizim başımıza gələn hadisə sırf mənim jurnalist fəaliyyətimlə əlaqəlidir. Bu barədə KİV-lərdə yetərincə məlumat dərc edilib. Eyni zamanda – ölkə başçısına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, daha yuxarı məhkəmə instansiyalarına, Məhkəmə Hüquq Şurasına şikayətlər ünvanlamışıq. İstintaq dövründə atamla mənim işimi başqa icraata ayırdılar. Hazırda mənim işimlə bağlı Abşeron rayon Məhkəməsində araşdırma gedir və proses yekunlaşmaq üzrədir. Martın 14-ü növbəti proses olacaq. Mən jurnalist fəaliyyətimdə daima dövləti, milli maraqları dəstəkləmişəm. Hesab edirəm bizim ailəmizə qarşı bu cür qərəzli mövqe tutan məmurlar əməlləri ilə dövlətimizin imicinə ağır zərbə vururlar. Elə rəy yaratmaq istəyillər ki, ölkədə söz azadlığına basqının olması mənzərəsinə şübhə olmasın. 

Bütün bunlara baxmayaraq, mən ölkə başçısının ədalətinə inanıram və ona güvənirəm. Əminəm ki, bizim haqq səsimiz tezliklə ona çatacaq və bizimlə bağlı obyektiv araşdırmanın aparılmsına göstəriş veriləcək. Mən bunun tərəfdarıyam. Sonda mən bütün KİV-lərdən xahiş edirəm ki, mənimlə bağlı gedən məhkəməyə ictimai nəzarəti təmin etsinlər”.

Azinforum.az