Həbs edilən məşqçinin paylaşımı müzakirələrə səbəb oldu – FOTObackend

Həbs edilən məşqçinin paylaşımı müzakirələrə səbəb oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülər yayılıb.

Mərhum azyaşlının anası və xalası Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib.

Tribunainfo.az azxeber.com-a istinadən xəbər verir ki, idmançının sosial şəbəkə hesablarına nəzər saldıqda onun narkotik vasitələrlə bağlı paylaşımı diqqət çəkir.

O, səhifəsində “Nəşənin mənə ziyan olduğunu dedilər, güldüm və dedim ki, ziyan olsaydı, bu qədər güldürməzdi məni” paylaşımını edib.

Həmin paylaşımı təqdim edirik: