HDP RƏHBƏRLƏRI NƏZARƏTƏ ALINDIbackend

HDP RƏHBƏRLƏRI NƏZARƏTƏ ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TEM Şöbəsi polisinin İzmirdə təşkil etdiyi əməliyyatda aralarında HDP rəhbərləri də daxil olmaqla çox sayda adam saxlanılıb.

Tribunainfo.az GazeteDuvar-a istinadən xəbər verir ki, Terrorla Mübarizə Şöbəsi polisi səhər saatlarında İzmirdə bir çox ünvanda əməliyyat keçirib.

Əməliyyat zamanı aralarında Xalqların Demokratik Partiyası (HDP) Mərkəzi İdarə Heyətinin (MYK) üzvü İdil Uğurlu da daxil olmaqla çoxlu adam saxlanılıb. Dosyedəki məxfilik qərarına görə həbsin səbəbi barədə məlumat verilməyib.
Saxlanılan şəxslər İzmir İl Təhlükəsizlik Müdirliyinə aparılıb.