“HB Güvən Klinik” cərimələndi – SƏBƏBbackend

“HB Güvən Klinik” cərimələndi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu ərazisində yerləşən məşhur klinikalardan olan “HB Güvən Klinik” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, yoxlama zamanı sözügedən klinikanın həkiminin xəstələ yazılması qadağan edilən preparatlar yazdığı məlum olub. Belə ki, klinika İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 221.9-cu maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

İş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 1 oktyabr tarixində hakim Aynurə Sadıqovanın sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, klinikanın baş direktoru ortoped-travmatoloq Rəşad Zeynalovdur.

Nigar