Ermənistanda Qarabağ məsələsi ilə əlaqədar yaradılmış “Hayakve” hərəkatı bəyanatla çıxış edib. Tribunainfo.az xəbər verir ki, hərəkat Azərbaycanla danışıqları dayandırmağı tələb edir.
Həmin bəyanatda deyilir ki, Ermənistan Qarabağın Azərbaycan tərkibində statusunu əvvəlcədən müəyyən edən heç bir sənədi imzalamamağa borcludur. “Qarabağın işğalı Ermənistan hakimiyyəti tərəfindən qeydə alınmayıb və ya pislənməyib, əksinə, qanuniləşdirilir. 2023-cü ildə Qranadada Paşinyanın imzaladığı bəyanatda Azərbaycanın ərazisi 86.6 min kv.km göstərilib. Azərbaycanın ərazi bütövlüyünün tanınması Qarabağın Azərbaycan tərəfindən işğalını qanuniləşdirmək üçün atılan addımdır”.
P.S. Ermənilər bədbəxtliklərinə davam edirlər. “Azərbaycan Qarabağı işğal edib” deyərək, özlərinə təskinlik verirlər. Hərçənd Qarabağ Azərbaycanın əzəli və əbədi torpaqlarıdır və Bakı heç bir ölkəni Ermənistandan fərqli olaraq işğal etməyib. Əksinə, işğal altında olan torpaqlarımızı azad etmişik. İndi ermənilər nə qədər çığır-bağır salsalar da, heç bir xeyri olmayacaq.