Ermənistanda Qarabağla bağlı yaradılmış hərəkat dünən sərəsəm bəyanat yayaraq, yenidən özləri üçün təhlükə olduğunu iddia edib. Tribunainfo.az xəbər verir ki, “Hayakve” iddia edib ki, Ermənistan üçün hələ də xarici təhlükə var.
Hərəkatın sayıqlamasında bildirilir ki, “Xarici təhlükə heç yerdə aradan qalxmayıb”. Onlar hədəf kimi Azərbaycan və Türkiyəni göstərərk, “Qonşularımız (Türkiyə və Azərbaycan) gözünü vətənimizə dikiblər” deyə bildiriblər.
P.S. Dünən Azərbaycan Prezidenti bir daha bəyan elədi ki, Azərbaycanın Ermənistana torpaq iddiası yoxdur. Yəni, rəsmi Bakı İrəvana nə qoşun yeritmək fikri var, nə də hansısa əraziləri ələ keçirmək. Ermənilərin bu qədər qorxuya düşməsi o səbəbdən də məntiqsizlikdir.