Havalar nə vaxtdan sərinləşəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 23-dən sonra Azərbaycanda hava şəraitinin nisbətən sərinləşəcəyi gözlənilir. 
İyulun 23-dən sonra Azərbaycanda hava şəraitinin nisbətən sərinləşəcəyi gözlənilir.

TİA.AZ-ın xəbərinə görə, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

A.Verdiyev bildirib ki, iyulun 23-dən sonra Bakıda və Abşeron yarımadasında küləkli, bəzi regionlarda yağıntılı hava şəraitinin müşahidə olunacağı, temperaturun bir qədər aşağı düşəcəyi ehtimal edilir.