Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQbackend

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 12-si gündüzdən 14-ü gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Ordubad, Babək, Gəncə, Samux, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Goranboy, Naftalan, Şirvan, Sabirabad, Mingəçevir, Daşkəsən, Zaqatala, Qax, Balakən, Şəki, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Bərdə, Yevlax, Beyləqan, Füzulidə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.