Bakı Beynəlxalq Hava Limanında sərnişinlərə qırıq çaydan və stəkanda çay təqdim edilməsi tənqidlə qarşılanıb.
Bu barədə jurnalist Çingiz Səfərli öz sosial şəbəkə hesabında paylaşıb:
“Reysin 3 saat gecikdiyi Bakı Beynəlxalq Aeroportunda 8 manata qırıq stəkanda, qırıq qapaqlı çaydanda çay… Stəkanın biri də çay süzüləndə qırıldı, guya dəyişib yenisini verdilər. Qəbz də vermirlər, tam qanunsuz fəaliyyətdir…”