Bakıda və Abşeron yarımadasında dekabrın 30-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Trubinainfo.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 30-31-də Azərbaycanın şərq rayonlarında (Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.