Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda leysan gündəlik həyatı iflic edib.
Bu barədə DHA məlumat yayıb.
Zəlzələdən sonra dəfələrlə sular altında qalan Atatürk Bulvarı və digər ərazilərə yenidən su yığılıb.
Bələdiyyə işçiləri su toplanmasının baş verdiyi ərazilərdə təxliyə işlərinə başlayıb.