Hatayda, Yayladağı və Kırıkhanda Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antakya bölgəsində konfrans verən millətvəkili Qənirə Paşayeva Yayladağı bələdiyyə başçısı Hacı Mehmet Kalkan, Kırıkhanbələdiyyə başqanı Ayhan Yavuz, Yayladağı kaymakamı ilə görüşüb
 

Türkiyənin Antakya bölgəsində konfrans verən millətvəkili Qənirə Paşayeva Yayladağı bələdiyyə başçısı Hacı Mehmet Kalkan, Kırıkhanbələdiyyə başqanı Ayhan Yavuz, Yayladağı kaymakamı ilə görüşüb. Görüş zamanıAzərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlərvə bələdiyyələr olduğunu bildirərək, qədim Yayladağı və Kırıkhanın daAzərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən QənirəPaşayeva bələdiyyə başçıları ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı,qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb vəyaxın zamanlarda Yayladağı və Kırıkhanın mərkəzi küçələrindən birinəAzərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinəinandığını deyib və Yayladağı və Kırıkhan bələdiyyəsi tərəfindən bu cür addımınatılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çoxsevdiklərini deyən Yayladağı bələdiyyə başçısı Hacı Mehmet Kalkan və Kırıkhan bələdiyyə başqanı Ayhan Yavuz Türkiyənin və Azərbaycanın bir millətiki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığıninkişafına xüsusi önəm və diqqət edəcəklərini deyiblər. Onlar həmçinin qardaşbələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını,  hər zaman qardaşAzərbaycanın yanında olduqlarını və millət vəkili Qənirə Paşayevanın Yayladağıvə Kırıkhanda Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərinimüsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləqbaxılacağını və həllini tapacağını deyiblər. Yayladağı və Kırıkhan bələdiyyəbaşkanlarına və rəsmilərinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağhəqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu “Turanyolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edən millət vəkili Q.Paşayevaonları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən bələdiyyəbaşkanları və Yayladağı kaymakamı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyinideyərək qısa zamanda Azərbaycana səfər edəcəklərini bildiriblər.