Türkiyədə dünən 19 nöqtədə meşə yanğını baş verib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Yanğınlardan 16-sı söndürülüərkən, Hatay, Mersin və Çanaqqalada baş verən yanğınlarda alovla mübarizə davam edir.
Alov təhlükəsi altında olan bəzi kənd və məhəllələr boşaldılıb. Ekipajlar alovlara havadan və yerdən müdaxilə edir. Hatayda baş verən yanğında alov 7 ev və 4 avtomobilə ziyan vurub. Mersində isə ərazinin sıldırımlı olması alovla mübarizəni çətinləşdirir. Çanaqqalada 19 saatdır davam edən yanğında alovla mübarizə davam edir.
Daxili işlər naziri Ali Yerlikaya Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklının müşayiəti ilə Hatayın Belen rayonunda meşə yanğını sahəsini araşdırıb və səlahiyyətlilərdən məlumat alıb.
Nazir Yerlikaya yanğının 2 nəfərin bağçalarındakı qamışları təmizləmək üçün yandırdığı yanğının meşəyə keçməsi səbəbindən başladığını bildirib. Yerlikaya bu şəxslərin nəzarətdə olduğunu bildirib.