Hasilatın azaldılmasına qərar verildi, neft bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı neft ölkələrini birləşdirən OPEK-in Vyana konfransında hasilatın azaldılması barədə qərar qəbul olunub. Qərara görə, 2017-ci il yanvarın 1-dən gündəlik hasilat 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə düşəcək. Aparıcı neft ölkələrini birləşdirən OPEK-in Vyana konfransında hasilatın azaldılması barədə qərar qəbul olunub. Qərara görə, 2017-ci il yanvarın 1-dən gündəlik hasilat 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə düşəcək.

TİA.AZ  bildirir ki, noyabrın 30-da əldə olunan razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əlcəzair, Qabon, Anqola, Ekvador, Venesuela hasilatı 1,256 milyon barrel azaldır, İran isə 90 min barrel artırmaq imkanı əldə edir.
Liviya və Nigeriyanın gündəlik hasilatı ilə bağlı dəqiqləşdirmələr aparılır. İndoneziya isə OPEK-də üzvlüyünü dayandırdığını bəyan edib.
Razılaşmaya görə, OPEK üzvü olmayan neft ölkələrinin gündəlik hasilatı isə 600 min barrelə salınmalıdır.
Novator.az xatırladır ki, prezident İlham Əliyev bu ilin oktyabrında dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağını bəyan edib.
AZƏRTAC-ın 1 dekabr məlumatına görə, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 4,21 dollar bahalaşaraq 49,44 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 4,09 dollar artaraq 50,47 dollar olub.
“AzəriLayt” markalı neftin bir barreli isə 3,34 dollar bahalaşaraq 51,64 dollara qalxıb.