Avropa ölkələrində Türkiyəyə qarşı ciddi hücumlar başlanıb. Hollandiyada Türkiyə ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın səfərinə qoyulan qadağadan sonra bu ölkədə etiraza qalxan türklər polis tərəfindən ciddi təzyiqə məruz qaldı. Avropa ölkələrində Türkiyəyə qarşı ciddi hücumlar başlanıb. Hollandiyada Türkiyə ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın səfərinə qoyulan qadağadan sonra bu ölkədə etiraza qalxan türklər polis tərəfindən ciddi təzyiqə məruz qaldı.
Lakin hücum təkcə Hollandiya ilə yekunlaşmır, Avropanın bəzi ölkələri də eyni mövqedən çıxış edir.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay Publika.az-a müsahibəsində baş verənləri şərh edib.
– Hasan bəy, Avropada Türkiyəyə qarşı hücumun səbəbləri nədir?
– Almaniya və Avropa İttifaqının digər ölkələri Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə cəhd hadisəsini tam olaraq başa düşmədi. Türkiyədə hökumət 15 iyul hadisələrini həyata keçirdərək, iqtidara gəlmiş bir diktatorluq deyil, əksinə 15 iyul hökumətə qarşı edilmiş çevriliş cəhdi idi. Lakin Qərbdə, xüsusilə Avropa İttifaqı ölkələrində Türkiyədəki iqtidarın hər keçən gün diktatorlaşdığı ilə bağlı mövqe hakim olmağa başladı. 15 iyul çevriliş cəhdinə qarşı həyata keçirilən tədbirləri Qərb anlaya bilmir. Avropa İttifaqı Türkiyədə keçiriləcək referendum məsələsində narahatdır və hesab edir ki, bu diktatorluğa gətirib çıxaracaq. Bununla yanaşı, Türkiyənin nüfuzu hər keçən gün Qərbdə pisləşir. Qərb mediasında Türkiyədə böyük xaosun olduğu ilə bağlı bir çox xəbərlər yayılır. Avropa İttifaqı, xüsusilə Almaniya orada yaşayan 5 milyona yaxın türkün bu xaosdan zərər çəkməməsi fikrini irəli sürərək, Türkiyənin Avropada yaşayan türklər arasında təbliğat aparmasını istəmir. Bu məsum istəyin arxasında gizlənən Avropanın əsil məqsədi başqadır. Sadəcə olaraq, hələlik bu bəhanə ön plana çıxarılır. Türkiyə isə bu bəsit bəhanənin arxasında yatan əsas məqsədi ortaya çıxarmaq üçün Avropadakı vətəndaşlarını məlumatlandırmaq istəyir.
– Maraqlıdır ki, referendumda “xeyr”i dəstəkləyənlərə təbliğat üçün icazə verilir, amma “bəli” təbliğatına yox. Avropa niyə “bəli”yə qarşıdır? Referendumda “bəli” olarsa, Avropa nə itirəcək, yaxud burada bilmədiyimiz başqa şeylər də var?
– Bu proseslərin arxasında çox şeylər var. Türkiyə Avropa İttifaqı ilə münasibətlərə çox önəm verir, 50 ildir bu ittifaqa girmək üçün çalışır. Bu mübarizəsinə rəğmən, Avropa İttifaqının mövqeyi həqiqətən də narahatedicidir. Türkiyə də artıq Avropa İttifaqının niyyətinin yaxşı olmadığını ortaya çıxarmaq istəyir. Türkiyə referendum öncəsi Avropa İttifaqının anti-demokratik, insan haqlarına yaraşmayan addımları atdığını ictimaiyyətə göstərmək üçün nazirlərini davamlı şəkildə Avropaya göndərir və onlara qarşı atılan addımlara əsaslanaraq, ictimai rəy formalaşdırır. Media üzərindən aparılan bu mübarizəni kimin qazanacağını görmək üçün gözləməliyik. Əgər Avropa İttifaqı həm iş icazəsi olan, həm də vətəndaşlığı olan türklərə qarşı çıxarsa, o zaman əsil üzü ortaya çıxacaq. Hansı ki, Avropadakı türklərə qarşı addımlar atılacağı görünür. Bu, baş verərsə, Türkiyədə “bəli” tərəfdarları 60 faizdən də çox olacaq. Avropa İttifaqı bundan çox narahatdır.
– Bu hadisələr Avropadakı türklərə necə təsir edəcək?
– Avropada işləyən, yaşayan, yaxud vətəndaşlığı olan türklərin qısa müddətdə problemlərlə üzləşəcəyi gözlənilir. Baş verənlər sadəcə, “bəli”, “xeyir” məsələsinə görə deyil. Türkiyə-Avropa İttifaqı gərginliyi davam edərsə, Ankara üzünü başqa ittifaqlara doğru çevirə bilər. Lakin Avropada yaşayan türklərin belə şansı yoxdur. Türkiyə əslində Avropa İttifaqı ilə digər ittifaqlar arasında seçim etmək yox, Avropa İttifaqı ilə əlaqələrini davam etdirmək istəyir. Bu ittifaqlar arasında körpü olmaq təcrübəsinə də sahibdir. Türkiyə bu gün çətin dövrünü yaşayır. Əgər bu situasiyanı idarə edə bilməsə, qısa zamanda Avropada yaşayan türklər çətinliklərlə qarşılaşa bilər.