Harvard Universiteti 23 yaşlı fiziki “Yeni Albert Eynşteyn” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Harvard Universiteti 23 yaşlı Sabrina Qonzales Pasterski fizikadakı uğurlarına görə “Yeni Albert Eynşteyn” olaraq gördüyünü açıqlayıb
 

Harvard Universiteti 23 yaşlı Sabrina Qonzales Pasterski fizikadakı uğurlarına görə “Yeni Albert Eynşteyn” olaraq gördüyünü açıqlayıb.

AZƏRTAC “Habertürk” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində anadan olan Pasterski hələ 14 yaşı olanda öz tək motorlu təyyarəsini hazırlamış və onu Miçiqan gölü üzərində uçurmuşdu. O, “Öz təyyarəsini uçuran ən gənc insan” adlı işinin iki illik hazırlıq mərhələsini “YouTube”da paylaşmışdı.

Yaşıdlarından fərqli olduğunu bildirən Pasterski sosial mediaya girmədiyini, siqaret və spirtli içki qəbul etmədiyini deyib. O, vaxtını Yer kürəsi, cazibə qanunu və sonuncunun zamanla kosmosa necə təsir göstərdiyini araşdıraraq keçirdiyini bildirib. Gənc fizik hazırda Harvard Universitetində doktorluq dissertasiyası üzərində çalışır.

TİA.AZ