Harvard professoru UFO-nun varlığına dair yeni sübutlar tapdığını iddia edirbackend

Harvard professoru UFO-nun varlığına dair yeni sübutlar tapdığını iddia edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Harvard astronomiya professoru Avi Loeb Papua Yeni Qvineya sahillərində tapdığı yüzlərlə kiçik metal parçaların yadplanetlilər tərəfindən yaradılan UFO vasitələrini təmsil etdiyini iddia edir. Alim komandası ilə birlikdə metal kürələri araşdırarkən qeyd edib ki, bu parçalarda planetimizin ərintilərinə uyğun gəlməyən naxışlar var.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki,2017-ci ildə Loeb, günəş sistemimizdən keçən yüzlərlə metr uzunluğunda ulduzlararası obyektin yadplanetlilər tərəfindən yaradılmış UFO olduğunu iddia etdi.

Loeb komandası ilə birlikdə Galileo layihəsinə başlayıb. O, bu layihədə 850 sferada analizlərini tamamladıqlarını və BeLaU adlı yeni bir diferensiallaşdırılmış element tərkibi tapdıqlarını və bəzilərinin iddia etdiyi kimi kömür külü olmadığını söylədi.

Bu sinfin berillium, lantan və uranın olduğu bildirilərkən, onun Yer kürəsində tapılsa da, planetimizin ərintilərinə uyğun gəlməyən naxışlara malik olduğu da qeyd edilib

Dəniz Pənahova