Harrisdən ilk açıqlama: Demokratiyanın fundamental prinsipi seçki nəticələrini tanımaqdır

Harrisdən ilk açıqlama: Demokratiyanın fundamental prinsipi seçki nəticələrini tanımaqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratik Partiyadan ABŞ prezidentliyinə namizəd Kamala Harris seçkidəki məğlubiyyətini etiraf edərək Respublikaçı Partiyasından rəqibi Donald Trampı təbrik etdiyini, hakimiyyətin dinc yolla təhvil veriləcəyinə söz verdiyini bildirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə siyasətçi seçki nəticələrinin elanından sonra ilk çıxışında söyləyib.

Harris Cozef Baydenə, seçki komandasına və ona səs verənlərə təşəkkür edib. O, seçki nəticələrinin onun gözləntilərinə uyğun olmadığını əlavə edib.

“Biz bu seçkilərin nəticələrini tanımalıyıq. Bu gün əvvəlcə Trampla danışdım və onu qələbə münasibətilə təbrik etdim. Dedim ki, biz ona və onun komandasına hakimiyyətin təhvil verilməsində kömək edəcəyik və biz bu təhvil-təslimi sülh yolu ilə həyata keçirəcəyik”, – ölkənin vitse-prezidenti vurğulayıb.

Onun sözlərinə görə, “demokratiyanın fundamental prinsipi seçki nəticələrini tanımaqdır”: “Bu, demokratiyanı tiraniyadan fərqləndirən şeydir”.

Harris “azadlıq, imkanlar, dürüstlük və ləyaqət uğrunda” mübarizəni davam etdirəcəyini vurğulayıb.