“Harmoni Seramik” cəzalandırıldıbackend

“Harmoni Seramik” cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı Rayon Məhkəməsində “Harmoni Seramik” MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Pərviz Muradovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, MMC-yə inzibati tənbeh tətbiq edilib, yəni cərimələnib.

Xatırlatma: Dövlət Gömrük Komitəsi (DGK) MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

Qeyd: Şirkətin qanuni təmsilçisi Mükafat Qaraca oğlu Bəbirovdur.