Qaraciyər xəstəliyindən əziyyət çəkən “Yeşilçam”ın ulduzu, Türkiyənin məşhur sənətçisi Harika Avcı müalicə olunmaqdan imtina edib.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, 63 yaşlı Harika Avcıya Hepatit C diaqnozu qoyulandan sonra o tənhalığa qapılıb. Uzun illər tənha həyat sürən Harika Avcının müalicədən imtina etdiyi məlum olub. onun hazırda maliyyə böhranı və depressiya səbəbiylə çətin anlar yaşadığı deyilir.
Hətta yaxınları belə onu müalicəyə razı sala bilməyiblər. Avcının “mənəvi oğlu” adlandırdığı Harun Başal da ona təsir edə bilmədiyini deyib. Avcının həm fiziki, həm də mənəvi problemlərinin davam etdiyini bildirən Başal, “Heç kimlə görüşmək istəmir. Evdən çıxmır. Müalicə lazımdır. Müalicəni də qəbul etmir” deyib.