Hansı vitamin çatışmazlığı olduğunu BELƏ BİLƏCƏKSİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimə getmədən, güzgüyə baxaraq, orqanizminizdəki vitamin çatışmazlığını ayırd edə bilərsiniz. 
Həkimə getmədən, güzgüyə baxaraq, orqanizminizdəki vitamin çatışmazlığını ayırd edə bilərsiniz.

Həddən artıq açıqrəngli üz dərisi:
Üzdə bu simptomun müşahidə olunması orqanizmdə B12 vitamininin çatışmazlığına işarədir. Bu vitaminin çatışmazlığı yorğunluğa, halsızlığa səbəb olur. B12 vitaminini orqanizmdə bərpa etmək üçün qırmızı ət və dəniz məhsulları ilə bol-bol qidalanmaq məsləhət görülür.
Quru saçlar:
Quru, tez qırılan, kəpəkli saçlar orqanizmdə biotin və B7 vitamininin çatışmazlığından xəbər verir. Adətən bu, antibiotik qəbulundan sonra baş verir. Orqanizmdə B7 vitamininin səviyyəsini qaldırmaq üçün tez-tez ət, balıq, mövsüm tərəvəzi, göbələk və paxlalı bitkilərdən istifadə edilməsi məsləhətlidir.
Şişmiş gözlər:
Bu halda orqanizmdə yod çatışmazlığı baş verə bilər. Yodlu duz, dəniz məhsulları, ağartıdan və çörəkdən istifadə olunması tövsiyə olunur.
Rəngsiz dodaqlar:
Bu hal orqanizmdə dəmir çatışmazlığından baş verir. Bu zaman orqanizm soyuqdəyməyə və aşağı arterial təzyiqə qarşı müqavimətsiz olur. Yaxşı olar ki, qırmızı ət, qanartırıcı təbii qidalar yeyilsin və bir müddət yüksək dozalı kalsiumlu qidalardan uzaq olunsun.
Damaq qanamaları:
Bu cür orqanizmdə C vitamini çatışmazlığı yaşanır. Bu zaman immun sisteminin aşağı düşməsi, əzələ, sümük ağrıları, diş problemi ortaya çıxır. C vitamini daha çox sitrus qidalarda zəngindir.
Yaz ayında sadaladığımız vitaminlərin çatışmazlığı orqanizmdə ciddi fəsadlara gətirib çıxara bilər. Buna görə, çalışın hər daim orqaniminizi qoruyasınız. Həkimə getmədən öncə insan öz orqanizmini tanımalıdır ki, həkim ona düzgün diaqnoz qoya bilsin. Həmçinin sadalanılan məhsulların təbii şəkildə yetişdirilməsinə diqqət etmək lazımdır. Bununla problemi daha tez aradan qaldıracaqsınız.