HANSI MEYVƏNİ HANSI SAATDA YEMƏK LAZIMDIR? – ARAŞDIRMA

HANSI MEYVƏNİ HANSI SAATDA YEMƏK LAZIMDIR? – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay mövsümü gəldi. Mövsümün sevimli meyvələri də piştaxtalarda öz yerini tutub. Yaxşı, hansı meyvəni nə vaxt yemək lazımdır?

Tribunainfo.az bu barədə araşdırmanı təqdim edir.

Piştaxtalarda rəngarəng və iştahaaçan yay meyvələri öz yerini aldı. Çiyələkdən əriyə, bostandan qarpızına qədər hər biri digərindən daha dadlı və faydalı olan meyvələri nə vaxt yemək lazımdır?

Dr. Fevzi Özgönül hansı meyvənin nə vaxt yeyiləcəyi ilə bağlı məlumat verib.

TUT
Tutun 2 növü var: ağ və qırmızı (qara tut). Tut səhər yeməyinə çox uyğundur, amma çəki problemi olanlara az miqdarda yemək məsləhət görülür.

ƏNCİR
Səhər yeməyi və nahar üçün uyğundur. Bağırsaqları yumşaltdığı üçün xüsusilə qəbizlik şikayəti olanlar həm quru, həm də təzə meyvə kimi istifadə edə bilərlər. Yenə də çəki problemi olanlara az istifadə etmək tövsiyə olunur.

ALBALI
Ölkəmizdə albalının çoxlu çeşidləri var. Ağrı kəsici və ödemi aradan qaldıran xüsusiyyətlərə malikdir. Əgər çəki probleminiz varsa, günəş batmadan bir ovuc yemək faydalı olardı.

ƏRİK
Qəbizliyə çox xeyirlidir. Yenə səhər və günorta yeməklərində qatıqla birlikdə istifadə etmək məsləhət görülür.

QARPIZ
Çox şirəli meyvə olsa da, məşhur inancın əksinə, həzm olunması çox çətindir. İsti yay aylarında günəş altında ehtiva etdiyi suyu qorumaq üçün çox möhkəm daxili quruluşa malikdir. Buna görə də gecə gec yeyildikdə şişkinlik və yuxu pozğunluğuna səbəb ola bilər. Yemək üçün ideal vaxt səhərdir, naharla, günortadan sonra isə ağ pendirlə və ən çox kiçik bir qayıq kəsilərək istehlak edilməsi tövsiyə olunur.

QOVUN
Qovun qarpız kimi çətin həzm olunan meyvədir. Eyni zamanda çox şirin bir meyvə olduğu üçün çox istehlak edilməsini tövsiyə etmirəm. Yayda az miqdarda desert əvəzinə axşam yeməyində yeyilə bilər. Xüsusilə dondurma sənayesində istifadə olunur. Axşam sərinləmək üçün bir az qatıqla yeyə bilərsiniz.

ŞAFTALI
Yayın ən şirin meyvələrindən biridir. Meyvə şirəsi sənayesində, mürəbbə, marmelad, dondurma, desertlərin hazırlanmasında istifadə olunur. Ərik kimi, onun dənəsi də yeyilməzdir. Tövsiyyəmiz odur ki, əgər çəki probleminiz varsa, bir müddət uzaq durmalısınız. Meyvə olaraq istehlak etmək istəyirsinizsə, ən yaxşı istehlak vaxtı axşam yaxud da səhər yeməyində qatıqla yeməkdir.

ÇİYƏLƏK, MORUQ, BÖYÜRTKƏN
Ən məşhur yay meyvələrindən biridir. Ancaq tərkibindəki yüksək şəkər səbəbiylə çəki probleminiz varsa, təklifim səhər yeməyi süfrənizdə günorta və ya axşam hava qaralmadan əvvəl, qatıqla yeyə bilərsiniz.

ÜZÜM
Yayın əvəzolunmazları arasında ola bilər, amma bütün yay meyvələri kimi yüksək şəkər tərkibinə malik olduğu üçün aktiv həyatımız olan günəş batmadan axşam və səhər yeməyində və ya qatıqla birlikdə istehlak etmək tövsiyə olunur.

ALÇA
Şirin və turş alça çox məşhur olan bir meyvədir. Xüsusilə turş alça, sanki tərkibində şəkər yoxmuş kimi bol-bol istehlak edilir. Əgər hələ də çəki probleminiz varsa, arıqlayana qədər çox istehlak etməmək daha yaxşıdır. Ümumiyyətlə, turş alçanı duzla yedikdə daha dadlıdır.