HANSI HALLARDA DEPUTATLARIN TƏHLÜKƏSİZLİYİ TƏMİN EDİLİR…? – HÜQUQ MÜDAFİƏÇİSİbackend

HANSI HALLARDA DEPUTATLARIN TƏHLÜKƏSİZLİYİ TƏMİN EDİLİR…? – HÜQUQ MÜDAFİƏÇİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

Bu sözləri Tribunainfo.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov deyib. Millət vəkillərinin toxunulmaz hüququndan və mühafizəsinin təşkil edilməsindən danışan vəkil qeyd edib ki, deputatın həyatına təhlükə varsa, tədbir görülməlidir:

“Deputatların toxunulmazlığı Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsində, həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 12-ci maddəsində təsbit edilib. Maddəyə əsasən deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.
Həmçinin sözügedən qanunun 12-1 maddəsində deputatın təhlükəsizliyi məsləsi öz əksini tapıb. Madəyə əsasən, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir. Göründüyü kimi bütün deputatların silahdan istifadə etmək hüququ var”.

Hüquq müdafiəçisi bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı edilən hücuma fərdi qaydada baxılmalıdır:

“Heç kimə sirr deyil ki, onun ictimai-siyasi fəaliyyəti və açıqlamaları İran İslam Respublikasının dini dairələri tərəfindən ölüm təhdidləri ilə müşahidə olunub”.