Hansı halda xərçəng 100% sağalır?

Hansı halda xərçəng 100% sağalır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bədxassəli şişlərə qalib gəlmək çətin olsa da mümkündür.
“Medicina” xəbər verir ki, terapevt Kristina Zaplanova bunun üçün 2 şərti açıqlayıb.
“Şiş sıfırıncı və ya ən azı I mərhələdə olmalıdır. Əgər onkoloji xəstəlik hələ sıfırıncı mərhələdə, yəni bir yerdə, çox kiçik ölçüdə aşkarlanıbsa, 100%-lik 5-10 illik yaşama şansına nail olmaq olur.
Bu vəziyyətə tibdə “xərçəng hələ yerindədir, yuvasındadır” deyilir. Şiş hələ selikli qişadadır, dərin toxumalara keçməyib.
Məhz sıfırıncı mərhələdə müalicə başladıqda, şiş hüceyrələri daha sürətlə ölür.
I mərhələdə şişi götürdükdə, 100% remissiya əldə etmək olur.
Sifırıncı mərhələdə şiş çox kiçik olur, ilkin başlanğıc yerində olur və asanlıqla kökdən çıxarmaq mümkündür.
I mərhələdə isə törəmə yerləşdiyi orqanın sərhədlərini əhatə edir. Erkən mərhələdə onu əməliyyat edib, sadəcə müalicə etmək 5 ilik yaşama şansını 100% artırır.
Ona görə də risk qrupunda olanlar və bəzi orqanlar ildə 1 dəfə şikayət olmadan müayinədən keçmək vacibdir. Çünki sıfırıncı mərhələdə şiş çox zaman təsadüfi müayinə zamanı görülə bilir”.