Astrologiyada bədənin hər bölgəsi bir bürcün hakimiyyəti altındadır.
Astrologiyada bədənin hər bölgəsi bir bürcün hakimiyyəti altındadır.
Bu “Zodiak İnsanı” kimi tanınan bir mövcudluq sisteminin simvollarla ifadəsidir. Bürclərlə birlikdə o bürcün rəhbəri olan planet də bədənin müəyyən bölgələri üzərində təsirlidir. Tabloid.az hər bürcün və rəhbər planetin bədənimiz üzərində təsirli olduğu orqanları təqdim edir:
QOÇ: Qoç bürcünü əsasən, başı idarə edir. Xüsusilə də üst beyin adlanan hissəyə təsir göstərir. Qoçun təsiri intensiv sinir ağrısı kimi də tanınan baş ağrısı olaraq qəbul edilir. Ənənəvi olaraq Qoç bürcünün idarəçisi olan Marsın isə sol qulaq, böyrəklər, damarlar, genital bölgələr və seks hormonları üzərində təsiri var.
BUĞA: Beyincik, ya da alt beyin Buğa bürcünün rəhbərliyi altındadır. Bundan başqa, boyun, qulaqlar, ağız, çənənin aşağısı və qırtlaq da Buğanın təsir sahəsinə daxildir. Buğaların yeməklərə həddindən artıq meyil salmaları ağız regionlarındakı bu təsirdən qaynaqlanır. Bədən mayelərində kalsium səviyyələrinə nəzarət edən mədəaltı vəzi Buğanın təsir dairəsindədir.
ƏKİZLƏR: Əkizlər bürcü ağciyərlər və ona aid nəfəs boruları, çiyinlər, qollar, əllər və barmaqları idarə edir. Əkizlərin rəhbəri olan Merkuri isə, zehni fəaliyyətlə bağlıdır. Qədim astroloqlar bu planeti dil və öd kisəsi ilə əlaqələndirərkən müasir astroloqlar bütün sinir sistemi ilə əlaqəli olduğunu irəli sürürlər.
XƏRÇƏNG: Xərçəng bürcü döşlər, mədə və bütün qidalanma kanalları ilə bağlıdır. Xərçəng bürcünün idarəçisi Ay isə mədə, uşaqlıq və dad duyğuları üzərində təsirlidir. Eyni zamanda, bədənin sol yarısına nəzarət edir. Müasir astrologiyada bütün qidalanma sistemi üzərindəki təsirindən bəhs edilir.
ŞİR: Şir bürcü ürək, onurğa və kürəklə bağlıdır. Şir bürcünün rəhbəri Günəş isə beyin, ürək, əzələ və vətərlərlə, bədənin sağ yarısına nəzarət edir. Müasir astrologiyada Günəş, endokrin sistemi xüsusilə uşaqlıqda əhəmiyyət daşıyan timus vəzi və orqanizmin immunitet sistemi ilə birbaşa bağlıdır.
QIZ: Qız bürcü bağırsaqlar, solar plexus və sinir sistemi ilə bağlıdır. Qız bürcünün idarəçisi Merkurinin təsirli olduğu bölgələr isə Əkizlər bürcü ilə eynidir.
TƏRƏZİ: Böyrəklər ümumiyyətlə, Tərəzi bürcü tərəfindən idarə edilir. Bütün onurğa və bel altı bölgələr də bu bürcün təsir dairəsindədir. Sidiklə bağlı problemlər də bu bürclə əlaqələndirilir. Tərəzi bürcünün idarəedicisi Venera həm Tərəzi, həm də Buğa bürcünün nəzarət sahələrində təsirlidir.
ƏQRƏB: Əqrəb bürcü cinsi orqanları idarə edir. Bürclər qurşağının ən yüksək cinsi fəaliyyətlə əlaqələndirilən seksual tanrı ulduzudur. Sidik kisəsinin, prostat və yoğun bağırsağın anusda birləşdiyi qisim (Rectum) bu bürcün təsir dairəsindədir. Bu bürcün rəhbəri Mars Qoç bürcündə göstərilib. Plutoda Marsla həmin orqanlar üzərində təsirlidir.
OXATAN: Oxatan bürcü bud, bud qan damarlarını idarə edir. Oxatan bürcünün idarəçisi Yupiter isə qaraciyər, arteriya damarları ilə bağlıdır. Həmçinin orqanizmin inkişafını, hormon istehsallarının tənzimlənməsini təmin edən əsas vəziləri idarə edir.
OĞLAQ: Oğlaq bürcü dizləri, sümükləri və dişləri idarə edir. Bu bürcün rəhbəri Saturn dalaq, sidik kisəsi, limfa və sümüklər üzərində təsirlidir. Bundan başqa, budları, sümük toxumalarını, cinsi və əzələ gücünü təmin edən vəzilərin tənzimlənməsini təsir göstərir.
DOLÇA: Dolça bürcü qan dövranı sistemi üzərində təsirlidir. Qədim astrologiyada dolçanın planeti Saturnun təsiri Oğlaq bürcü ilə eynidir.
BALIQ: Balıq bürcünü ayaqları idarə edir. Eyni zamanda bütün tibbi əməliyyatları idarə etdiyi də söylənilir. Ənənəvi rəhbəri Yupiterin təsiri Oxatan bürcündə göstərilib. Müasir astrologiya rəhbəri Neptun isə hisslərlə əlaqədar orqanların göndərdiklərinin beyində qarşılığını tapdığı talamusa təsir göstərir.