Bu ilin ilk 9 ayının yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda yerləşdirilən cəmi depozitlərin həcmi 36 milyard 552,2 milyon manat olub.
Tribunainfo.az yeniavaz.com-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların depozit portfeli 493,3 milyon manat və ya 1,4% artıb.
Qeyd edək ki, banklar arasında ən yüksək depozit portfeli “Kapital Bank” ASC-yə məxsus olub. Bu ilin ilk 3 rübünün yekununda “Kapital Bank”a yerləşdirilən depozitlərin həcmi 8 milyard 670,9 milyon manat olub.
Qeyd edək ki, son bir ildə “Kapital Bank”da depozitlərin həcmi 9,2% və ya 733,2 milyon manat artıb.
Ötən ilin ilk 3 rübündə ən böyük depozit portfelinə sahib olan Azərbaycan Beynəlxalq Bankındakı (ABB) depozitlər son bir ildə 10,7% və ya 1 milyard 38,2 milyon manat azalaraq 8 milyard 627 milyon manata düşüb.
Cədvəldə bankların son 2 ilin ilk 3 rübündəki depozit portfeli əks olunub: