Hanoy sammiti nəticəsiz qaldı: Tramp və Kim razılaşa bilmədi

Hanoy sammiti nəticəsiz qaldı: Tramp və Kim razılaşa bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inarasında Vyetnamın paytaxtı Hanoyda keçirilən sammitdə razılıq əldə edilməyib.
Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, sammitin 2-ci günündə görüşən liderlərin plan cədvəlinin bir hissəsi təxirə salınıb. Ağ Ev sözçüsü Sara Sandersin açıqlamasına görə, tərəflər arasında heç bir razılıq əldə edilməyib. Planlaşdırılan imzalama mərasiminin də təxirə salındığı güman olunur.
Məlumata görə, Donald Tramp hotelinə qayıdacaq və Kim Çen Inın iştirak etməyəcəyi mətbuat konfransı keçirəcək.