Adı açıqlanmayan Ağ Ev rəsmisinin CNN telekanalına verdiyi açıqlamada, “İsmail Haniyənin İranda öldürüldüyü xəbərini gördük”, – ifadəsi işlədildi.
Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı rəsminin ətraflı məlumat vermədiyi bildirilib.
Qeyd edək ki, HƏMAS hərəkatı və İran İnqilab Keşikçiləri Korpusunun verdiyi yazılı açıqlamalarda Haniyənin Tehrandakı iqamətgahına İsrailin hücumu nəticəsində öldürüldüyü bildirilib.
İsrail ordusu İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyə hücumu şərh etməkdən çəkinib.