Haniyəni öldürən mərkəz Rəisini də aradan götürüb – ŞƏRH

Haniyəni öldürən mərkəz Rəisini də aradan götürüb – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS lideri Haniyənin Tehranda İsrail tərəfindən aradan götürülməsi son dərəcə böyük hadisədir. Belə çıxır ki, Seyid İbrahim Rəisinin helekopter qəzasını da eyni mərkəz həyata keçirib.

Tribunainfo.az xəbər verir ki, bu fikirkərlə İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli çıxır edib. O bildirib ki, İsrail bir daha sübut etdi ki, İran və onun arxasında dayanan terrorçu qruplar yəhudi dövlətinə qarşı uğur qazana bilməz:

“Bu olay Azərbaycanın xeyrindədir. Belə ki, Azərbaycanın Qərb üçün, xüsusən ABŞ və İsrail üçün dəyəri kəskin şəkildə artdı…

Bəzi məsuliyyətsiz dostlarımız deyirdi ki, Azərbaycan da İsrailə arxa çevirməlidir. Əlbəttə, Azərbaycanı düşünən, onun dövlət maraqlarını üstün tutan birisi belə şeylər deməməlidir…

II Qarabağ Müharibəsində Azərbaycanın əsas dayaqlarından biri olan İsrailə heç bir halda arxa çevirmək olmaz. Belə bir gediş Azərbaycanı ciddi sarsıntılarla üz-üzə qoya bilər. Bu isə bizə qətiyyən lazım deyil”.

Nigar