“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Xəzər TV-də yayımlanan “Futbol saatı” verilişinin qonağı olub.
Futbolçu bir sıra önəmli nüanslara toxunub. Ceyhun Rzayevin “Neftçi” hər qalibiyyətdən sonra paltardəyişmə otağında şəkil çəkdirib bunu paylaşırdılar. Bu sizdə qıcıq yaradırdımı? Baxanda nə fikirləşirdiz?” sualının cavabında kapitan belə cavablandırıb:
“Bir dəfə çempion ola bilərsən, amma davamlı şəkildə çempion olmaq üçün psixoloji amillər çox önəmlidir. Biz keçən il “Qəbələ” ilə Qəbələd oynayanda qələbə qazandılar. 6 xal fərq yarandı. Soyunma-geyinmə otaqları da yaxındır. Həmin gün “Qələbə” qalibiyyəti elə qeyd elədi ki, sanki çempion oldu. Orada mənim içimdə bir rahatlıq yarandı ki, artıq özlərin çempion görürlər. Hamıya bir örnək olsun. Heç vaxt tələsmək lazım deyil. Mən dünən biz 4-cü qolu vurana qədər tələsmirdim. Çempionluğu qeyd eləmirdim.
Yaxınlarımdan kimsə mənə deyirdi ki, 5 xal fərq filan, mən söhbəti bağlayıb, danışmırdım. Ən vacibi odur ki, çempion olasan, ondan sonra rahatlaşmaq olar. Məndə qıcıq yox, rahatlıq yaranırdı ki, sanki erkən sevinirlər. Paylaçımlardan, açıqlamalardan sezirdim ki, özlərini çempion kimi görürlər. “Sabah”la 1-1-ən qalanda uşaqlara dedim ki, 1 xal qazanmışıq, udanda sevinən yox, uduzanda bunu həzm edən komanda çempion olacaq. Nəticədə də belə oldu. Biz xal itirdik, amma sonradan özümüzə gələ bildik, amma “Neftçi” “Səbail”lə oyunda xal itirdi və bu onları sarsıtdı. Psixoloji amillərlə çempion olmaq mümkün deyil. Bu şeylər çox önəmlidir, təkcə futbolda yox, hər bir idman növündə. Mən həmişə deyirdim ki, son tura qədər ya onlar çempion olacaq, ya biz. Son tura qalmayacağını bilirdim”.
Verilişin tam videosunu təqdim edirik: