“Divarda gördüm adımı. Qarşısında kəskin leykoz yazılmışdı. O an dünya başıma yıxıldı”.
Bunu kəskin leykoz diaqnozu qoyulan gənc jurnalist Şəfiqə Nazimqızı (Məlikova) bildirib.
“Həyatımın ən gözəl çağında, 5 illik həsrətdən sonra dünyaya gələcək övladımı qucağıma alacağım günlərin tam sonunda kəskin leykoz xəstəsi olduğum aşkarlanıb. Yüksək həyati risklə övladım doğulub. Uşağı dünyaya gətirəndən 2 gün sonra bildim ki, leykoz xəstəsiyəm”, – gənc jurnalist deyib.
Ş.Nazimqızının sağalması üçün 50 min dollardan çox vəsait lazımdır. O qeyd edib ki, xeyirxah insanların köməyi sayəsində artıq bu məbləğin 40 min manatı toplanıb.
Ətraflı Baku TV-nin süjetində: