Türkiyənin Sakarya bölgəsində tükürpədən cinayət hadisəsi baş verib. Türkiyənin Sakarya bölgəsində tükürpədən cinayət hadisəsi baş verib.
Kaynarca qəsəbəsində 9 aylıq suriyalı hamilə qadın təcavüzə məruz qalıb. Qadın zorlandıqdan sonra yanındakı 10 aylıq körpə ilə birlikdə qətlə yetirilib.
Hadisənin baş vermə səbəbi də məlumdur. Yaxınlıqdakı toyuq fermasında çalışan iki şəxs qadının əriylə mübahisə edib. Ondan qisas almaq üçün həyat yoldaşını qaçıran cinayətkar cütlük pis əməllərini həyata keçirdikdən sonra daşla qadının başına vuraraq onu öldürüblər. 10 aylıq körpəni də boğublar.
Hadisədən xəbər tutan kimi axtarış-əməliyyat tədbirləri həyata keçirən yerli polis əməkdaşları qısa müddətdə azğın cinayətkarları yaxalayıblar.