Bakının supermarketləırinin birində 1 kiloqramı 720 manata satılan alça sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. Qeyd edək ki, alçaya daha çox hamilə qadınlar meyillidir.
Bakının supermarketləırinin birində 1 kiloqramı 720 manata satılan alça sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. Qeyd edək ki, alçaya daha çox hamilə qadınlar meyillidir.
Dənəsi 6 manat olan alçaya öz mövsümündə o qədər də tələbat olmur. Amma qış aylarında, alçanın qiyməti hər zaman fantastik bir həddə gəlib çatır. Təbii ki, hər bir ailənin də alça almağa imkanı olmur. Görəsən, imkanı olmayan hamilə qadın alça yeyə bilməsə, bunu usaga hansısa ziyanı ola bilərmi?
Pediatr Vaqif Qarayev TİA.AZ-a bildirdi ki, bunun hamilə qadına ziyanı ola bilməz: “Hamilə olmayanların belə ürəyi nəsə istəyə bilər, amma hansısa səbəbdən əldə edə bilməz. Bir az psixoloji gərginlik yaşayacaq. Hamilələrdə də eyni vəziyyətdi. Hamilələrin hamisi alça istəmir. Kiminsə yadına düşə bilər, amma yeməsə belə uşağa heç bir ziyani yoxdu. Alçanın bu fantastik qiymətinə diqqət yönəldilsə də , əslində satan da bilir ki, ilin bu vaxtında kimsə məcbur qalıb alacaq. Beləcə müsəlman olaraq hamilə qadınlarımızın qayğısına qalırıq”.
İLAHƏ