Dekabrın 7 və 8-də ATƏT PA-nın Humburqda keçirilən Büro iclasında “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edilib.
Dekabrın 7 və 8-də ATƏT PA-nın Humburqda keçirilən Büro iclasında “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edilib.
Bu barədə “Eurasia Diary” beynəlxalq informasiya portalının Hamburqa ezam olunmuş müxbiri Ayaz Mirzəyev xəbər verir.
Xəbərdə deyilir ki, “ATƏT PA-nın Vitse –Prezidenti Azay Quliyev iclasda çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narahatçılığını ifadə edib. Vitse-Prezident deyib ki, Aprel hadisələri göstərdi ki, bu münaqişə ilə bağlı yaranmış vəziyyət çox təhlükəlidir və münaqişə istənilən an yenidən alovlana və bölgə üçün ciddi fəlakətə səbəb ola bilər. Buna görə də Almaniyanın Xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Ştaynmayerin söylədiyi kimi bu günkü status kvo həm təhlükəlidir, həm də qəbuledilməzdir”.
Daha sonra Azay Quliyev təəssüflə bildirib ki, may və iyun aylarında prezidentlər səviyyəsində aparılan danışıqlara az da olasa ümid olsa da, bu ümidlər özünü doğrultmadı və problemin həlli istiqamətində heç bir addım atılmadı. “Hətta bəzi həmsədr ölklələrin münaqişənin həlli perspektivi ilə bağlı verdikləri pessimist bəyanat danışıqlara olan ümidi daha da sarsıtdı. Son aylar prezidentlər səviyyəsində görüşün keçirilməməsi isə münaqişəyə cəlb olunmuş ölkələrin vətəndaşlarının yeni təşəbbüslə çıxış etmələri üçün əsas yaradıbdır ”.
Münaqişənin həll olunmamsında rəsmi Yerevanın məsuliyyət daşıdığını bildirən Azay Quliyev yaranmış vəziyyəti iclas iştirakçılarının diqqətinə çatdırıbdır:
“Ermənistan rəhbərliyinin münaqişəni sülh yolu ilə həll etmək istəməməsi hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin sülh yaratma təşəbbüsünü ələ almağa və öz mövqelərini açıq şəkildə bildirməyə vadar edibdir. Çünki, insanlar artıq bu münaqişənin davam etməsindan bezib və yorulublar. Belə ki, bu ilin noyabr ayında münaqişənin tarixində ilk dəfə olaraq Ermənistan QHT-ləri və hüquq müdafiəçiləri Azərbaycandan olan həmkarları ilə bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını geniş müzakirə edərək Ermənistan və Azərbaycan prezidentlərinə və xalqlarına müraciət qəbul etdilər. Müraciətdə münaqişənin həlli yolları ilə bağlı hər iki cəmiyyətin istək və arzuları və prinsipal mövqeləri əks olunubdur. İki gün öncə isə hər iki ölkədən olan QHT-lər “Ermənistan-Azərbaycan Sülh Platforması” adlı təşkilat yaradaraq problemin həlli istiqamətində yeni bir hərakatın əsasını qoydular. Ümid edirəm ki, bu platforma Dağlıq Qarabağ münaqişəsinin həllinə erməni və Azərbaycan xalqlarının dəstəyini təmin etməyə və uzun müddət minlərlə insanın ölümünə səbəb olan qanlı qarşıdurmanın aradan qalxmasına töhvə verəcəkdir”. Sonda isə Azay Quliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini bölgədə etimad və sülh yaratma baxımından unikal imkanlara malik bu platforma ilə yaxında əməkdaşlıq etməyə və platformanın potensialından maksimum faydalanmağa çağırıbdır.